Avropa
Türk mafiyası İtaliyanı qarışdırdı: “Daltons”- “Kaspers” qarşıdurması ilə bağlı yeni detallar
Ötən həftə İtaliyanın Latsio bölgəsindəki Viterboda Santa Rosa festivalına hücumda şübhəli bilinən iki Türkiyə vətəndaşı pulemyot və tapança ilə yaxalanıb.
Publika.az “Hürriyyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşlarının qaldığı yataqxanada aparılan axtarış zamanı 9 mm-lik "Browning" tapançası və 1 ədəd "Tokarev" avtomatı ələ keçirilib. Polis lazımi araşdırmaların aparıldığını və bunun Santa Rosa festivalı zamanı dini parada hücum olmadığını açıqlayıb.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, həbslərdən sonra şübhəlilərin terrorla əlaqəsinə dair qəti dəlil tapılmayıb və səlahiyyətlilər diqqəti adi cinayətlər və silah qaçaqmalçılığı ittihamlarına yönəldiblər.
Polisdən verilən açıqlamada, 22 və 40 yaşlarında olan Türkiyə vətəndaşlarının adlarının Barış Kaya və Abdullah Atik olduğu açıqlanıb.
“İl Post” qəzetində yer alan xəbərə görə, Kaya və Atikin 2024-cü ilin mayında Viterboda yaxalanan Barış Boyunun rəhbərlik etdiyi “Daltons” cinayət təşkilatı ilə əlaqəsi olduğu düşünülür.
Prokurorlar Kaya və Atikin Viterboda yerləşən başqa bir cinayət təşkilatı lideri İsmail Atiz (Hamuş) ilə əlaqəsinin ola biləcəyini irəli sürüblər.
Prokurorlar Kaya və Atikin “Daltons” və “Kaspers” arasında davam edən davaya görə İsmayıl Atizi öldürmək üçün şəhərə gəldiyini iddia edirlər. İki dəstə arasında baş verən qarşıdurma yanvar ayında “Kasper” üzvü Ahmet Canginin öldürülməsinə, avqustun 2-də isə İspaniyanın Marbella şəhərində “Daltons” dəstəsinin üzvü Caner Koçerin edam edilməsinə səbəb olmuşdu. İspaniyada Koçerin küçədə öldürülməsindən sonra “Dalton”larla “Kaspers”lər arasında gərginlik yenidən alovlanıb.
Başqa bir iddiaya görə, Kaya və Atik Atizi həbsdən çıxarmaq üçün Viterboda gəliblər. Atiz avqustun 26-da Türkiyə tərəfindən çirkli pulların yuyulması və rüşvətxorluq ittihamı ilə beynəlxalq həbs qərarı əsasında Viterbo şəhərinin mərkəzindəki hosteldə həbs edilib.
Tural
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
MDB09:39Ukrayna ordusu niyə ruslara dronlarla siqaret və telefon atır? - İlginc səbəb
-
ABŞ09:28Tramp İranı hədələdi: "Əgər zərbə endirsələr..."
-
Avropa09:19Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir



















.jpg)















