Avropa
Ukrayna bu təklifə hazırdı, ABŞ Putini sövq edə bilər ki...
"Ukrayna hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münaqişənin həlli üçün danışıqların təşkili təklifinə hazırdır".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında bildirib.
"ABŞ Putini dialoqa sövq edə bilər. Bu, istənilən formatda liderlərin görüşü ola bilər. Biz prezident Trampın təklifinə hazırıq: üçtərəfli format, sonra ikitərəfli format və ya əksinə. Amma texniki komandalar yox, liderlər olmalıdır", - respublika rəhbəri yazıb.
Avqustun 30-da Tramp Vaşinqton, Moskva və Kiyev arasında üçtərəfli sammitin keçiriləcəyini açıqlasa da, Putin və Zelenski arasında ayrıca görüşün keçiriləcəyinə şübhə ilə yanaşıb. Bundan əlavə, ABŞ Prezidenti Ukraynaya qoşun göndərmək və ya birbaşa maliyyələşdirmək niyyətində olmadığını vurğulayaraq, yardımın NATO-ya silah satışı və Avropaya dəstək verməklə məhdudlaşacağını bildirib.
Sentyabrın 9-da Amerika lideri bildirib ki, Ukrayna münaqişəsinin həlli ABŞ üçün “ən sadə” görünür, lakin dövlət başçıları – Putin və Zelenski səviyyəsində vəziyyət “qarşılıqlı düşmənçilik ucbatından” mürəkkəbləşib.
Hüseyn İbadlı
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
MDB09:39Ukrayna ordusu niyə ruslara dronlarla siqaret və telefon atır? - İlginc səbəb
-
ABŞ09:28Tramp İranı hədələdi: "Əgər zərbə endirsələr..."
-
Avropa09:19Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir



















.jpg)















