Avropa
Polşada PUA TƏHLÜKƏSİ - Yüksək döyüş hazırlığı əmri verildi
Polşa qırıcıları Ukraynanın qərb bölgələrindəki PUA aktivliyi səbəbindən ölkə ərazisi üzərində dövrə vurur.
Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
“Ukraynanın Polşa sərhədinə yaxın bölgələrində PUA aktivliyi aşkarlanması ilə əlaqədar olaraq, Polşa hava məkanında hərbi aviasiyanın iştirakı ilə əməliyyat həyata keçirilir,” – deyə qurumun bəyanatında bildirilir.
Polşa hava məkanının qorunması məqsədilə Operativ Komandanlığın baş komandanı bütün zəruri protokolların dərhal işə salınması barədə göstəriş verib. Hazırda Polşa hava məkanında həm Polşa, həm də NATO aviasiyasına məxsus təyyarələr fəaliyyət göstərir.
Eyni zamanda, yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya qurğuları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Hüseyn İbadlı
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
MDB09:39Ukrayna ordusu niyə ruslara dronlarla siqaret və telefon atır? - İlginc səbəb
-
ABŞ09:28Tramp İranı hədələdi: "Əgər zərbə endirsələr..."
-
Avropa09:19Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir



















.jpg)















