Avropa
Zelenski Moskvanı “bləkaut”la HƏDƏLƏDİ
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Moskvada “bləkaut” təşkil edə bilər.
Publika.az xəbər verir ki, onun çıxışının videosu UNIAN agentliyinin "Telegram" kanalında yayımlanıb.
Dövlət başçısı Rusiya qoşunlarının Ukraynanın enerji obyektlərinə hücumları halında Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının paytaxtına zərbələr endirə biləcəyi ilə hədələyib.
“Kreml bilməlidir ki, Rusiyanın paytaxtında "bləkaut" olacaq”, - deyə o bildirib.
Bundan əvvəl Britaniyanın "The Telegraph" qəzeti öz mənbələrinə istinadla yazıb ki, Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 23 sentyabrda ABŞ Prezidenti Donald Trampla qapalı görüş zamanı Vaşinqtondan “Tomahawk” qanadlı raketlərinin tədarükünü istəyib. Nəşrin məlumatına görə, Ağ Evin rəhbəri Ukraynaya uzun mənzilli qanadlı raketlərin verilməsi çağırışını qəbul edib, bu da Moskvanı Kiyevin zərbə məsafəsinə daxil edəcək.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq




















.jpg)


.jpg)












