Avropa
Bu ölkədə yüzlərlə məhbus SƏHVƏN AZAD EDİLDİ
2024-cü ilin mart ayından 2025-ci ilin mart ayınadək Böyük Britaniyada 260-dan çox məhkum səhvən azadlığa buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı hökumətin yaydığı statistika istinadla məlumat yayıb.
Qeyd edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 128 faiz artım deməkdir.
Rəsmi məlumatlara əsasən, 233 nəfər məhkum həbsxanalardan, 29 nəfər isə məhkəmə zalından qanunsuz şəkildə azad edilib.
Bu statistika, ictimaiyyətdə geniş rezonans doğuran və ölkə üzrə etirazlara səbəb olan bir qalmaqal fonunda açıqlanıb. Söhbət seksual xarakterli cinayətlərə görə məhkum edilmiş və deportasiya hazırlıqları çərçivəsində səhvən azadlığa buraxılmış qeyri-qanuni miqrant – Efiopiya vətəndaşı Xaduş Kebatu ilə bağlı insidentdən gedir.
2024-cü il sentyabrın 23-də Çelmsford Magistrat Məhkəməsi Kebatunı 14 yaşlı qıza və bir qadına qarşı təcavüzə görə bir il müddətinə azadlıqdan məhrum etmişdi. Lakin o, sonradan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilməsi üçün həbsxanadan çıxarılıb və bu proses zamanı yoxa çıxıb. Esseks polisi Kebatunun Londonda gizləndiyini bildirib.
Qeyd edək ki, daha əvvəl bir britaniyalı məhkum da saxta azadlıq sənədləri ilə mühafizəçiləri aldadaraq həbsxanadan qaçmağa nail olmuşdu.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















