Avropa
UNO-Iar XAOS YARATDI: Vilnüs hava limanı bağlandı
Litvanın paytaxtı Vilnüsdə yerləşən beynəlxalq hava limanı uçan naməlum obyektlərin (UNO) müşahidə olunması səbəbilə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi hava limanının dispetçer xidmətindəki mənbəyə istinad məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “hava limanı və dispetçer zonası naməlum obyektlərin uçuşları səbəbindən bağlanıb”.
Mənbə əlavə edib ki, Amsterdamdan Vilnüsə istiqamətlənən reyslərdən biri Kaunas şəhərinin hava limanına yönləndirilib. Dispetçerlərin məlumatına əsasən, Litvanın paytaxtında hava limanının UTC vaxtı ilə saat 23:00-da (26 oktyabr Bakı vaxtı ilə 03:00) açılacağı gözlənilir.
Qeyd edək ki, Oktyabrın 22-də da Vilnüs Hava Limanı fəaliyyətini dayandırmışdı. Buna səbəb dövlət sərhədindən qeyri-qanuni yolla malların keçirilməsi üçün istifadə olunan meteoroloji zondlar – onlarla hava şarının havada görünməsi olmuşdu.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















