Avropa
Pikassonun itmiş tablosu FANTASTİK QİYMƏTƏ SATILDI
İspaniya Milli Polisi Pablo Pikassonun sərgi üçün daşınma zamanı itmiş tablosunu aşkarlayıb.
Publika.az zəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları ə "X"sosial şəbəkəsində məlumat yayıblar.
İlkin araşdırmalara əsasən, əsərin yük maşınına yüklənmədiyi ehtimal olunur. Polis tablonun yoxa çıxması və geri qaytarılması ilə bağlı araşdırmanı davam etdirir.
Məşhur ispan rəssamı Pablo Pikassonun əsəri Qranadada keçiriləcək sərgi üçün hazırlanırdı.
Digər bir xəbərdə "Associated Pres" agentliyi şənbə günü Parisdə keçirilən hərracda Pikassonun “Buketli şlyapada qadın büstü” adlı tablosunun 37 milyon dollara satıldığını bildirib. Bu əsər Pikassonun ilham mənbəyi olan Dora Maarın portretidir və 1943-cü ilin iyul ayında çəkilib.
Tablonun ilkin qiymətləndirilməsi 9–11,6 milyon dollar aralığında olsa da, satış qiyməti bu rəqəmləri dörd dəfə üstələyib. Əsər 80 ildən artıq müddətdə şəxsi kolleksiyada saxlanılıb və ilk dəfə açıq bazarda təqdim olunub. Mütəxəssislər tablonun mükəmməl vəziyyətdə qorunduğunu qeyd ediblər. Dora Maar Pikassonun təxminən doqquz il boyunca həm ilham mənbəyi, həm də həyat yoldaşı olub; o, həmçinin rəssam və fotoqraf kimi fəaliyyət göstərib.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















