Avropa
Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?
Albaniya hökumətində süni intellekt hekayəsi hər kəsin gözlədiyindən də irəli gedib.
Publika.az xəbər verir ki, ölkənin baş naziri dövlət satınalmalarına cavabdeh olan rəqəmsal nazir Diellanın "hamilə" olduğunu açıqlayıb. Baş nazir Edi Ramanın sözlərinə görə, Diellanın "övladları" parlament üzvlərinə kömək edəcək. Onların cəmi 83 nəfər olacaq - hər parlament üzvü üçün bir nəfər. Hər biri öz “anasından” öyrənəcək və baş verən hər şeyi qeyd edərək görüşlərə qatılacaq.
Məsələ ilə bağlı Diella da şərh verib. O, bildirib ki, məqsədi məmurları dəyişdirmək deyil, onların daha səmərəli işləməsinə kömək etməkdir. Onun sözlərinə görə, süni intellekt korrupsiya risklərini, potensial böhranları və yeni bazar imkanlarını fəal şəkildə müəyyən edə biləcək.
Albaniya hökumətdə süni intellekt tətbiq edən ilk ölkə oldu. Diella dövlət satınalmalarına, e-Albaniya xidmətinə və dövlət layihələri üçün beynəlxalq mütəxəssislərin cəlb edilməsinə nəzarət edir.
Tural
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















