Avropa
Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO
Monteneqro Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi müvəqqəti olaraq dayandırır.
Publika.az xəbər verir ki, Monteneqronun baş naziri Miloyko Spayiç bəyan edib ki, hakimiyyət bu qərarı fövqəladə şəkildə qəbul edir.
Buna səbəb Podqoritsada millətlərarası gərginliyə səbəb olan insident olub.
"Təcili olaraq Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti ləğvi ilə bağlı qərar qəbul edəcəyik. İqtisadi aktivliyi və yaxşı ikitərəfli münasibətləri qorumaq üçün Türkiyə Respublikası ilə yaxşı niyyət və əməkdaşlıq ruhunda ən yaxşı modeli tapmaq üçün intensiv danışıqlara başlayacağıq", - Spayiç sosial mediada yazıb.
Hadisə oktyabrın 26-da axşam saatlarında baş verib. Məlumata görə, Zabjelo bölgəsində türklər bir qadını müdafiə edən monteneqrolu kişiyə hücum edib, onu döyüb və bıçaqlayıblar.
Daha sonra yerli sakinlər hücum edənlərin sığındıqları kazinonun yaxınlığında toplaşıblar. Polis 45 türkü saxlayıb.
Tural
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















