Avropa
Macarıstan anti-Ukrayna ittifaqı yaradır: Görün hansı ölkələrlə birləşir
Macarıstanın baş naziri Viktor Orbanın müşaviri bildirib ki, Macarıstan Aİ daxilində Ukraynaya qarşı ittifaq yaratmaq üçün Çexiya və Slovakiya ilə birləşməyə çalışır.
Publika.az xəbər verir ki, müşavir Balac Orban bu barədə “Politico”ya şərhində deyib:
"Orban son Çexiyada keçirilən parlament seçkilərində sağ populist partiyası qalib gələn Andrej Babiş və Slovakiyanın Baş naziri Robert Fitso ilə Aİ liderlərinin görüşləri öncəsi mövqeləri əlaqələndirmək, o cümlədən sammit öncəsi görüşlər keçirmək üçün əməkdaşlıq etməyə ümid edir".
Nəşr qeyd edir ki, güclü siyasi alyansın yaradılması hələ çox uzaqdadır, lakin onun formalaşması Aİ-nin Ukraynaya maliyyə və hərbi dəstək göstərmək səylərinə əhəmiyyətli dərəcədə mane ola bilər.
"Düşünürəm ki, bu baş verəcək və bu, getdikcə daha çox görünəcək" dedi Balac Orban, Avropa Şurasında blok kimi fəaliyyət göstərməyə başlayacaq Ukrayna-skeptik ittifaqın yaradılması ehtimalı ilə bağlı suala cavab verərkən deyib.
Onun fikrincə, bu, 2015-ci ildən sonra Varşavada avroskeptik bir partiyanın hakimiyyətdə olduğu zaman Macarıstan, Çexiya, Slovakiya və Polşanın daxil olduğu “Vışeqrad Dördlüyü” adlandırılan qrupun bərpası olardı.
Tural
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















