Avropa
Aİ bu ölkələrə təzyiq edir: Rusiyanın pullarını istifadə etməsələr...
Avropa İttifaqı Ukraynanın maliyyələşdirilməsinə razılıq vermək istəməyən hökumətlərə təzyiqi artırır. Həmçinin xəbərdarlıq edir ki, əgər Rusiyanı ödəməyə məcbur etməsələr, bu yükü özləri daşımalı olacaqlar.
Publika.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
"Avropa Komissiyası yaxşı anlayır ki, onun “B planı”, yəni Aİ-nin birgə borclanması (avrobondlar) 140 milyard avroluq kreditin maliyyələşdirilməsi üçün Rusiyanın dondurulmuş dövlət aktivlərindən istifadə variantı qədər cəlbedici deyil", - nəşr bildirib.
Məqalədə qeyd olunur ki, Almaniya və Niderland kimi adətən “qənaətkar” adlandırılan ölkələr vergi ödəyicilərinə əlavə borc yükü gətirəcək bu təklifi dəstəkləmir. Eyni zamanda, Fransa və İtaliya kimi artıq yüksək borc səviyyəsinə malik ölkələr də yeni maliyyə öhdəlikləri götürmək istəmir.
Brüssel hesab edir ki, dondurulmuş Rusiya aktivlərinin böyük hissəsinin yerləşdiyi Belçika, eləcə də müsadirənin qanuniliyinə şübhə ilə yanaşan digər ölkələr, daha mübahisəli olan avrobond variantından yayınmaq üçün ilkin planla razılaşa bilərlər.
Brüsseldə yerləşən CEPS analitik mərkəzinin rəhbəri Karel Lanno bildirib: “Bəzi Aİ ölkələrində büdcə intizamı o qədər zəifdir ki, avrobondların, xüsusən də "qənaətkar" dövlətlərin razılığı ilə, yaxın 10 il ərzində təsdiqlənəcəyinə inanmıram. 140 milyard avro böyük məbləğdir və biz ondan istifadə etməliyik. Qorxmadığımızı göstərməliyik”.
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı






































