Avropa
Britaniya Ukraynaya qoşun yeridir
Böyük Britaniya öz hərbi qüvvələrini Ukraynaya göndərməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
“Böyük Britaniyanın növbəti genişmiqyaslı hərbi yerləşdirilməsi Ukraynada həyata keçirilə bilər,” - deyə agentliyin xəbərində bildirilir.
Qeyd olunub ki, Britaniya əsgərləri cəbhə xəttindən uzaqda ukraynalı hərbçilərə təlim keçəcəklər. Britaniya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri isə hava məkanının və dənizlərin nəzarətində yardım göstərəcək.
"Bloomberg"in yazdığına görə, Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, London Ukraynada qoşunların və texnikanın yerləşdirilməsi ilə bağlı ilkin xərcləri qarşılamaq üçün 100 milyon funt sterlinqdən xeyli çox yardım paketi hazırlayır.
Hüseyn İbadlı
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı






































