Avropa
Hədələdilər: Rusiya bu şəhəri vursa, Moskvanı yerlə-yeksan edəcəyik
Rusiya Brüsselə hücum edərsə, NATO üzvü olan ölkələr Moskvanı yerlə-yeksan edəcək.
Publika.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “De Morgen”ə müsahibəsində bildirib.
Franken vurğulayıb ki, Qərb ölkələri özlərini təhdid etməyə imkan verməməlidir.
“Putinin bir gün Brüsselə qeyri-nüvə raketi atmağa qərar verəcəyindən qorxursanmı?” sualına Belçika Müdafiə Nazirliyinin rəhbəri belə cavab verib: “Xeyr, çünki o zaman o, NATO-nun ürəyinə zərbə endirəcək, biz isə Moskvanı yerlə-yeksan edəcəyik”.
Rusiyanın Belçikadakı səfirliyi bu cür bəyanatları “təxribatçı” və “məsuliyyətsiz” adlandırıb.
"Frankenin sərgüzəştləri, təəssüf ki, Avropanın müharibə partiyasında güclənən... militarist sapmanın təcəssümü kimi xidmət edir", - Rusiya səfirliyi qeyd edib.
Həmin müsahibədə Franken Putinin Brüsselə raket atmağa cəsarət edəcəyinə şübhə etdiyini bildirib.
Nazirin sözlərinə görə, onu daha çox Rusiya Federasiyasının mümkün hibrid hərəkətləri narahat edir.
Tural
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı






































