Avropa
Makron Ermənistan və Azərbaycanı TƏBRİK ETDİ
Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş olub.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-Fransa strateji münasibətləri gündəminin bir sıra məsələlərini müzakirə ediblər. Xüsusilə, iqtisadi, infrastruktur və digər sahələrdə əməkdaşlığa toxunulub. Nikol Paşinyan və Emmanuel Makron ikitərəfli əməkdaşlığın strateji əhəmiyyətini bir daha vurğulayıb və bu istiqamətdə ardıcıl addımları davam etdirməyə hazır olduqlarını bildiriblər.
Daha sonra regional məsələlər müzakirə olunub. Fransa Prezidenti Azərbaycanla sülhün bərqərar olması münasibətilə iki ölkəni bir daha təbrik edib və Fransanın Ermənistanın suverenliyinə və sülhün möhkəmlənməsinə qeyd-şərtsiz dəstəyini vurğulayıb.
TRIPP layihəsi və regionda kommunikasiya marşrutlarının qarşısının alınması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Baş nazir bu çərçivədə davam edən işlərin gedişatına toxunub.
Nikol Paşinyan və Emmanuel Makron Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələləri də müzakirə ediblər. Tərəflər Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi çərçivəsində əlaqələrin ardıcıl şəkildə genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Hüseyn İbadlı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu









































