Avropa
Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var
Almaniya polisi təhlükəsizlik səbəbi ilə Maqdeburqda Milad bazarını qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Qadağa 2024-cü ildə Milad bazarında insanların üzərinə avtomobil sürüb qaçan Taleb əl-Abdulmohsenin məhkəməsinin başlaması ilə əlaqədar tətbiq edilib.
Maqdeburq meri Simone Borries qərardan apelyasiya şikayəti verib. O bildirib ki, Alman polisinin məntiqinə əsasən, "festivallara, bazarlara və ya mədəni tədbirlərə icazə verən hər bir şəhər potensial terror təhlükəsi elan edir".
Polisin qadağası, həmçinin Alman Şoumenlər Assosiasiyası arasında qəzəbə səbəb olub. Onlar qeyd ediblər ki, yarmarka açılışdan cəmi iki həftə əvvəl, tədbirə hazırlıqlar demək olar ki, başa çatdığı bir vaxtda ləğv edilib.
Xatırladaq ki, ötən ilin 20 dekabrında "BMW X3" avtomobili yüksək sürətlə Maqdeburq Milad bazarındakı izdihama çırpılıb. Nəticədə 6 nəfər ölüb, 338 nəfər isə yaralanıb.
Ləman
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”







































