Avropa
BBC Trampdan üzr istədi, amma...
Britaniya BBC yayım korporasiyası ABŞ Prezidenti Donald Trampın çıxışının təhrif olunmasına görə üzr istəyib.lakin Amerika liderinin hüquqşünaslarının kompensasiya tələblərini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə sözügedən nəşrin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, baş verənlərə görə təəssüfünü bildirən şəxsi məktubu Ağ Evə BBC-nin idarə heyətinin sədri Samir Şan göndərib.
"BBC videokadrın necə montaj edilməsinə görə səmimi şəkildə təəssüfünü bildirir, lakin böhtan iddiası üçün əsasların olduğuna qətiyyən razılaşmırıq", - deyə vurğulanıb.
Noyabrın 3-də Daily Telegraph qəzeti Trampın "Panorama" verilişindəki çıxışına diqqət çəkmişdi. Çıxış elə montaj olunmuşdu ki, tamaşaçılar siyasətçinin Kapitoli təpəsindəki iğtişaşları təşviq etdiyini düşünsünlər. Süjetin müəllifləri Trampın çıxışının əvvəlindəki kadrları onun demək olar ki, bir saat sonra söylədikləri ilə birləşdirmişdilər.
Noyabrın 9-da "The Times" qəzeti yazıb ki, BBC-nin baş direktoru Tim Deyvi Trampın Kapitoli hücumundan əvvəlki saxta çıxışı ilə bağlı qalmaqal fonunda vəzifəsini tərk edib. Nəşrin məlumatına görə, qərar "gərgin bir həftədən" sonra Britaniya milli telekanalında qəbul olunub.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”






































