Avropa
Britaniya kəşfiyyatı: İki fərqli Putin var - Qərb hansı ilə vuruşur?
Rusiya lideri Vladimir Putin iki fərqli şəxsiyyətə malik insandır.
Publika.az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu xarakteristikanı Britaniya və Rusiya kəşfiyyatının keçmiş rəhbəri Riçard Mur verib.
Mur Rusiya prezidentinin davranışını təhlil edərək iki əsas obrazı müəyyən edib. Birincisi praqmatist və soyuqqanlı, hesablayan strateqdir. Keçmiş kəşfiyyat rəhbəri Rusiyanın əsas maraqlarını müdafiə edə bildiyi və hərbi mövcudluğunu saxlaya bildiyi Suriya məsələsini bu yanaşmanın əsas nümunəsi hesab edir.
Bununla belə, “başqa bir Putin” də var – öz dünyagörüşünün qatı ideoloji müdafiəçisidir. Mur hesab edir ki, Qərb Ukrayna hadisələri kontekstində onun şəxsiyyətinin bu tərəfi ilə qarşılaşıb.
"Digər Putin ideolojidir və Ukraynada "ideoloji" Putinə müqavimət göstərməyin yeganə yolu təzyiqdir", - Mur deyib.
O, həmçinin qeyd edib ki, bu qarşıdurma son dərəcə mürəkkəbdir və potensial uğuru əldən verməmək üçün Qərbdən strateji təmkin tələb edəcək.
Adəm
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”







































