Avropa
Ukraynanı "sülh toru"na Aİ SALIB? - “Lakin artıq gecdir...”
Avropa liderləri Ukraynadakı münaqişənin həlli üçün öz şərtlərini tətbiq etməyə çalışırlar, lakin onların səyləri çox gec olub.
Publika.az xəbər verir ki, bu barədə "Advance" analitik nəşri məlumat yayıb.
Məqalə müəlliflərinin fikrincə, Avropa illərdir Amerika strategiyasını izləyir, özünün xarici siyasət muxtariyyətini məhdudlaşdırır və indi Vaşinqton kursu dəyişdiyindən Avropa hakimiyyəti tələsik mövqelərini müəyyən etməyə məcburdur.
"Avropa bu hekayədə vicdan və rasionallığın səsi kimi çıxış etməyə çalışır, lakin artıq gecdir", - nəşr yazır.
"Advance" qeyd edib ki, Aİ Amerikanın dəstəyi olmadan Ukrayna münaqişəsini maliyyələşdirməyə davam edə bilməyəcək, ona görə də Avropa ölkələri onların xəbəri olmadan sazişin bağlanmamasını təmin etmək üçün ən azı danışıqlar prosesində iştirak etməkdə israrlıdırlar.
Bir neçə saat əvvəl "ABC News" yazıb ki, ABŞ və Ukrayna mümkün sülh planının şərtləri ilə razılaşıblar. Jurnalistlərin sözlərinə görə, sənəd 19 bəndədək qısaldılıb. Böyük Britaniyanın Baş naziri Keir Starmer də planın Amerika və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırıldığını açıqlayıb. O, “irəliyə doğru mühüm addımların atıldığını” vurğulayıb.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































