Avropa
Estoniya Ukraynaya qoşun göndərmək üçün ŞƏRT QOYDU
"Estoniya öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır, ancaq sülh sazişi bağlandıqdan sonra".
Publika.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal Almaniya kansleri Fridrix Mertslə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bir daha vurğulayıram: əsgərlərimizin bunda iştirak etməsi üçün konkret sülh sazişi lazımdır", - Mixal deyib.
Baş nazir aydınlaşdırıb ki, Estoniya Ukraynaya qoşun rotası göndərməyə hazırdır.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron bəyan etmişdi ki, “istəklilər koalisiyası” münaqişə bitdikdən sonra öz hərbi kontingentini “ikinci xəttdə, cəbhədən uzaqda” Ukraynaya yerləşdirmək istəyir. Fransa liderinin sözlərinə görə, seçimlərdən biri qoşunların Kiyev və Odessadakı ehtiyat obyektlərə yerləşdirilməsi ola bilər. O əlavə edib ki, tənzimləmələr daha mürəkkəb olduğundan bu məsələ məxfiliyə tabedir. Makron qeyd edib ki, alyansın hərbi kontingenti hələ də formalaşma mərhələsindədir.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































