Avropa
Zelenski ELAN ETDİ: Bu tarixdə “vacib danışıqlar” başlayır
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə “vacib danışıqlar” aparacağını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Telegram"da xalqa ənənəvi axşam müraciətində məlumat verib.
Lakin o, kiminlə olduğunu dəqiqləşdirməyib.
“Gələn həftə vacib danışıqlar təkcə bizim nümayəndə heyətimizin deyil, həm də mənim olacaq", - o bildirib.
Noyabrın 25-də Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak "Axios"a verdiyi müsahibədə Zelenski ilə Tramp arasında görüşün bu həftənin əvvəlində mümkün olduğunu deyib. Onun sözlərinə görə, iki lider noyabrın 27-də Şükran Günündə görüşməli idi.
Lakin həmin gün Ağ Evin mətbuat katibi Kerolayn Levitt Yermakın sözlərini təkzib edərək, ABŞ və Ukrayna prezidentləri arasında görüşün hazırda planlaşdırılmadığını bildirib.
Tramp daha sonra bəyan edib ki, Zelenskinin ABŞ-a səfəri yalnız Ukraynada nizamlanma üzrə razılıq əldə edildikdən sonra baş tuta bilər. Ağ Ev rəhbəri təsdiqləyib ki, Ukrayna lideri Vaşinqtona səfər etmək istəyini ifadə edib, lakin Tramp ilk növbədə sülh sazişinin təmin edilməsinə üstünlük verib.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































