Avropa
50 min insan qurultaya görə ayağa qalxdı
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) gənclər təşkilatının təsis konfransına ev sahibliyi edən Qiesen şəhərində keçirilən etiraz aksiyalarına minlərlə insan qatılıb.
Publika.az DW-yə istinadla xəbər verir ki, ümumilikdə 30 təşkilat və qrup etirazlara qatıldığını açıqlayıb.
Aksiya iştirakçılarının sayının 50 minə çatdığı bildirilir. Etirazçılar partiya rəhbərliyinin Qiesendə tədbirin keçirildiyi konfrans zalına gəlmələrinə mane olmaq üçün yollarda toplaşıb və barrikadalar qurublar. Bəzi yerlərdə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaranıb, etirazçılar polisə daşlar və şüşələr atıblar. Polis gərginliyin qarşısını almaq üçün su şırnaqlarından və bibər qazından istifadə etməli olub.
Etirazlarla əlaqədar qurultayın gecikdiyi bildirilir.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































