Avropa
Putin Orbana nə ilə bağlı zəmanət verib? - Macar lider DATALLARI AÇIQLADI
Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putindən neft və qaz tədarükünün davamı üçün zəmanət alıb.
Publika.az xəbər verir ki, macar lider bu barədə Nyiregyhazada hakim Fidesz partiyası fəallarının toplantısında danışan zaman məlumat verib.
Orban Moskvada əldə olunan razılaşmaların Macarıstanın enerji təhlükəsizliyini təmin edəcəyini və Avropa İttifaqında ən aşağı kommunal qiymətləri qoruyacağını söyləyib. O, hər iki tərəfin 2009-cu ildən qüvvədə olan bütün enerji sazişlərinə əməl etdiyini vurğulayıb.
"Rusiya Prezidenti haqqında deyə biləcəyim ən vacib şey onun işləməsidir", - Orban Moskvaya səfərinin nəticələrini şərh edərkən qeyd edib.
Noyabrın 28-də Orban Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib. Görüşün əsas mövzularının Rusiyanın Macarıstana enerji təchizatı və Ukrayna münaqişəsi olacağı gözlənilirdi.
Baş nazirin sözlərinə görə, səfərinin məqsədi qış və gələn il üçün ölkəsinin enerji təchizatını təmin etmək olub. Bu, iki lider arasında 2022-ci ildən bəri dördüncü görüşdür.
Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml Macarıstanın Baş naziri ilə danışıqlardan razıdır. O, görüşün “çox məzmunlu” olduğunu qeyd edib.
Hüseyn İbadlı
-
İKT23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin122:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı
-
İdman22:05"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - VİDEO/YENİLƏNDİ
-
Səhiyyə21:24İnsultdan ölüm hallarının GİZLİ AMİLİ
-
Region20:48Türkiyə bayrağını yandıran qadın belə saxlanıldı - VİDEO
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO


































