Avropa
Yermakın yerinə 3 NAMİZƏD - Zelenski kimə daha çox güvənəcək?
Müdafiə naziri Denis Şmıxal, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov və baş nazirin birinci müavini Mixaylo Fedorov Volodimir Zelenskinin prezident aparatının rəhbəri vəzifəsinə potensial namizədlərdir.
Publika.az xəbər verir ki, bunu "Axios" jurnalisti Barak Ravid "X"dəki hesabında yazıb.
O qeyd edib ki, baş nazirin müavini respublikanın Müdafiə Nazirliyinə də rəhbərlik edə bilər.
Noyabrın 28-də Ukrayna liderinin aparatının rəhbəri Andrey Yermakın mənzilində axtarışlar aparılıb. Onun adı dövlətə məxsus "Energoatom" şirkətində korrupsiya sxemi ilə bağlı istintaqda hallanır və müstəntiqlər bu sxemin iş adamı və uzun müddət Zelenskinin köməkçisi olan Timur Mindıç tərəfindən təşkil olunduğuna inanırlar.
Elə həmin gün Ukrayna Prezidenti Yermakın işdən çıxarıldığını elan edib.
Yermak "New York Post" qəzetinə verdiyi müsahibədə "rüsvayçılıq" hiss etdiyini və həqiqəti bilən köməkçilərinin onu dəstəkləmədiyini bildirib. Buna baxmayaraq, keçmiş ofis rəhbərinin Zelenski üçün problem yaratmaq niyyəti yoxdur və o, cəbhəyə getmək niyyətindədir.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































