Avropa
"Oscar" mükafatlı dramaturq VƏFAT ETDİ
Böyük Britaniyalı dramaturq, “Sevgili Şekspir” filminin ssenarisi ilə “Oscar” və “Qızıl Qlobus” mükafatlarını qazanmış Tom Stoppard 89 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Telekanal bildirib ki, Stoppard Dorsetdəki evində, ailəsinin əhatəsində dünyasını dəyişib.
“İntellekt, emosiyalar və yumoru birləşdirən əsərləri tez-tez fəlsəfi və siyasi mövzuları əhatə edib, cəmiyyət normalarına çağırış edib və tamaşaçılara düşüncənin gücünü xatırladıb,” – deyə "Sky News" vurğulayıb.
Tom Stoppard, doğulduqda Tomas Ştraussler adı ilə tanınırdı, 1937-ci ildə Çexiyada yəhudi ailəsində anadan olub. Almanların işğalından sonra ailəsi əvvəlcə Sinqapura, oradan Hindistana, sonra isə Britaniyaya köçüb. Gələcək dramaturq Nottinghamşire və Yorkşiredəki özəl internat məktəblərində təhsil alıb, lakin 17 yaşında məktəbdən qovulub və jurnalistika sahəsində işləməyə başlayıb.
Hüseyn İbadlı
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 13:35"Azərbaycan Türk dünyasında söz sahibidir"













.jpg)
























