Avropa
ABŞ-ın kəşfiyyat təyyarəsi Qara dəniz üzərində - Nələrə qadirdir?
ABŞ-ın "Artemis II" kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uzun müddətli uçuş həyata keçirir.
Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın Profit.ro portalı məlumat yayıb.
"Bombardier Challenger 650" biznes təyyarəsi əsasında yaradılan bu hava gəmisi Rumıniyadakı Mihail Koğalniceanu aviabazasından qalxıb. Təyyarə Amerika müdafiə-texnologiya şirkəti olan "Leidos"a məxsusdur və kəşfiyyat vəzifələrini yerinə yetirmək üçün əhəmiyyətli dərəcədə modifikasiya edilib.
Modifikasiyalar siqnal emalı üçün yeni avadanlıq arxitekturasını, modul antenaların və “hava-yer” rabitə vasitələrinin inteqrasiyasını əhatə edir, bu isə uzaq məsafələrdə mesajları ələ keçirmək və deşifrə etmək imkanı verir.
"Defense One"in məlumatına görə, Amerika hərbçiləri Ukrayna münaqişəsi zamanı ilk "Artemis" təyyarəsini rus rabitəsini izləmək üçün fəal istifadə edib. "Artemis II" ABŞ ordusu üçün hazırlanmış ikinci belə təyyarədir.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































