Avropa
Fransız əsgər Makronu öldürmək istəyib?:Müəmmalı görüntülər yayıldı - VİDEO
Sosial şəbəkələrdə Fransa ilə bağlı yayılan yeni görüntülər geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Fransa prezidenti Emmanuel Makronun çıxışı zamanı baş verən müəmmalı hadisənin videosunu aktiv şəkildə paylaşırlar. Belə ki, Fransa dövlət başçısı ordunun genişləndirilməsi barədə danışarkən onun arxasında dayanmış hərbçilərdən biri səhnəni tərk edir. Sosial şəbəkə istifadəçilərindən bəziləri onun həyəcanlı görünüşünə diqqət çəkərək əsgərin səhhətində ciddi problem yaranmasını yazıb. Bir qrup isə hərbçinin təşvişlə sanki Fransa liderinə hücum etməyə hazırlaşdığını iddia edib.
Bu video sosial mediada istehza ilə də qarşılanıb. İnternet istifadəçiləri zarafatla yazırlar ki, fransız hərbçisi Makronun sadəcə Ukraynadan sonra Fransa və Avropaya da müharibə gələcəyi barədə davamlı açıqlamalarından qorxub.
Videoda Makron millətin müqavimət gücünü artırmaq üçün mövcud peşəkar orduya əlavə olaraq könüllü hərbi xidmətin tətbiqi planlarından danışır. Fransa liderinin çıxışı zamanı məlum əsgər daha çox diqqət çəkir. Əvvəlcə o, dərindən həyəcanla nəfəs alır, qəribə ağız hərəkətləri edir və ətrafa diqqətlə baxır. Sonda isə səhnəni tərk edir.
Tural
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO



































