Avropa
Zelenski və xanımı Fransadadır: Makronla şəxsi görüş planlaşdırılıb
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də Fransaya işgüzar səfər edib.
Publika.az bu barədə Ukraynanın “Suspilnoye” qəzetinə istinad edir.
Məlumata görə, onu həyat yoldaşı Yelena Zelenskaya müşayiət edir. Səfərin əsas məqsədi Fransa prezidenti Emmanuel Makronla şəxsi görüşdür.
İki liderin təkbətək danışıqları planlaşdırılıb. Səfərin gündəliyinə “Rafale” qırıcı təyyarəsinin istehsalı ilə məşhur olan Fransanın təyyarə istehsalçısı “Dassault Aviation” şirkətinin istehsalat müəssisələri ilə tanışlıq da daxildir.
Qeyd edək ki, bu, Ukrayna prezidentinin son iki həftə ərzində Fransaya ikinci səfəridir. Zelenski ilə Makron arasında əvvəlki görüş noyabrın 17-də Parisdə baş tutub. Səfər Ukrayna məsələsi üzrə diplomatik məsləhətləşmələrin davam etdiyi vaxta təsadüf edir.
Adəm
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”




































