Avropa
Avropanın iki dövlətinin liderləri mübahisə etdi: Dava pul davasıdır
Almaniya kansleri Fridrix Merts və Polşanın baş naziri Donald Tusk arasında əməkdaşlıq nümayişi kimi nəzərdə tutulan danışıqlar gərgin fikir mübadiləsinə çevrilib.
Publika.az xəbər verir ki, buna səbəb bir daha İkinci Dünya Müharibəsi üçün təzminat məsələsi oldu.
“Politico”ya görə, hər iki ölkənin liderləri əvvəllər də Almaniyanın 1939-1945-ci illər hadisələrindəki məsuliyyəti ilə bağlı mübahisə ediblər. Millətçi Qanun və Ədalət partiyasının təzyiqi altında Tusk Berlini təzminat məsələsini həll etməkdən imtina etdiyinə görə kəskin tənqid edib.
O, Polşanın işğal dövründə verdiyi itkilərə və ölkədə törədilən cinayətlərə görə heç vaxt kompensasiya almadığını bildirib. Varşava daha əvvəl iddialarının məbləğini təxminən 1,3 trilyon avro olaraq bildirmişdi. Almaniya təzminat məsələsinin bağlanmasında israr edir.
Məsələnin gərginləşməsi digər məsələlərin müzakirəsini çətinləşdirib. Berlin müdafiə və Ukraynaya dəstək mövzusunda birlik nümayiş etdirməyə ümid edirdi, lakin təzminatlarla bağlı mübahisə gündəmi kölgədə qoyub.
“Politico” qeyd edir ki, gərginlik sərhəd nəzarətindən tutmuş “Şimal axını” qaz kəmərində baş verən partlayışların araşdırılmasına qədər bir sıra məsələlərdə əməkdaşlığa mane ola bilər.
Tural
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”




































