Avropa
Aİ-nin baş diplomatından İrəvana ŞOK ÇAĞIRIŞ - “50 milyon avro veririk, Rusiyaya qarşı...”
Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Aİ tərəfdaşları, o cümlədən Ermənistan üçün çox vacibdir", - o deyib.
Kallasın sözlərinə görə, hazırda Ermənistanın xarici siyasətinin Aİ ilə uyğunluq səviyyəsi 37% təşkil edir. O vurğulayıb ki, Rusiya Federasiyasına qarşı sanksiyalar ağırdır, lakin Aİ ölkələri istəyirlər ki, onların tərəfdaşları da bu məhdudiyyətlərə qoşulsun.
Kallas həmçinin bildirib ki, Avropa İttifaqı Ermənistana, o cümlədən Rusiyaya qarşı mübarizə üçün, 50 milyon avro ayıracaq.
Aprelin əvvəlində Ermənistan prezidenti Vaaqn Xaçatryan ölkənin Avropa İttifaqına “üzvlük prosesinə başlanması” haqqında qanunu imzalayıb.
Hüseyn İbadlı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”




































