Avropa
Zelenski sülh planının ən həssas məqamlarını AÇIQLADI
Ukrayna üçün ABŞ-ın sülh planının ən həssas məqamları ərazilər, dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləridir.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski qeyd edib ki, Amerika və Ukrayna rəsmiləri arasında təmaslardan sonra yekunlaşan ABŞ-ın sülh planının bütün bəndlərini hələlik açıqlaya bilmir.
"Mən deyə bilərəm ki, ən həssas məsələlər, ən mürəkkəb suallar, çağırışlar ərazilər, dondurulmuş aktivlərdir", - Zelenski əlavə edib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın aktivlərinin əksəriyyəti Avropa ölkələrində dondurulub və o, Aİ liderlərinin adından onlara necə sərəncam verəcəyinə qərar verə bilməz.
Prezident qeyd edib ki, digər həssas məsələ təhlükəsizlik təminatıdır. Ukrayna ABŞ, Avropa və bəzi digər liderlərin güclü təminatlarına ümid edir.
“Düşünürəm ki, bu üç mövzu ən həssas və önəmlidir. komandalarımız bunun üzərində işləməyə davam edirlər”, - deyə Zelenski bildirib.
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”




































