Avropa
Polşa Belarusla sərhəddəki bufer zonanın müddətini UZATDI
Polşa Belarusla sərhəddəki bufer zonanın müddətini üç ay, yəni 5 mart tarixinədək uzatmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında dərc olunub.
“Daxili İşlər və Administrasiya Nazirinin qərarı ilə Polşa-Belarus sərhədindəki bufer zonasına giriş qadağası daha 90 gün uzadılıb.”, — sənəddə qeyd olunur.
Polşa Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu müvəqqəti qadağa ölkə hökumətinə qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə aparmağa imkan verib.
“Nəticədə sərhədin etibarlılığı 98%-ə çatıb”, - məlumatda vurğulanır.
Qeyd olunub ki, Belarusla dövlət sərhədinə bitişik Polşanın sərhəd zonasına girmək qadağası 13 iyun 2024-cü ildə qüvvəyə minib və hər 90 gündən bir uzadılır.
Hüseyn İbadlı
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































