Avropa
Ukraynalı jurnalist Putinin qızını orada yaxaladı: Atana de ki... - VİDEO
Rusiya prezidenti Vladimir Putinin qızı olduğu iddia edilən və Rusiyanın ən varlı qadınlarından biri hesab olunan Svetlana Krivonoqix, Liza Rozova Parisdə kiçik rəsm qalereyasında işləyir.
Publika.az xəbər verir ki, Ukraynanın "TSN" nəşrinin müxbiri onunla görüşüb bir neçə sual verib.
"L Gallery" adlı rəsm qalereyası Parisin 20-ci rayonunda yerləşir və turistlərin nadir hallarda ziyarət etdiyi bir məkandır. Sərgilər və satışlar üçün 20-yə qədər rəsm yerləşən cəmi iki kiçik otağı var.
Dekabrın 3-də qalereyada Liza Rozovanın (Fransız adı Luiza) sonuncu sərgisinin açılışı olub. Səhər saat 11 radələrində Liza qalereya yerləşən binanın həyətinə çıxıb.
Nəşrin yazdığına görə, TSN jurnalisti Dmitri Svyatnenkonu görəndə ətrafındakı adamlar qorxublar. Jurnalist onunla salamlaşıb, Ukraynadan olduğunu deyib və Lizaya bir neçə sual verib.
Onlar arasında aşağıdakı dialoq baş tutub:
- Atanızın siyasəti haqqında nə düşünürsünüz? Onu dəstəkləyirsiniz?
- Bunun mənə nə dəxli var?
- Onu dəstəkləyirsən?
- Bunun mənə nə dəxli var?
- Yaxşı, bu, sənin atandır. Ən azından indi ona zəng edib, "Ata, Kiyevi atəşə tutmağı dayandır" demək olar.
- Yaxşı, əlbəttə.
- Yaxşı, cəhd edin.
- Yaxşı, əlbəttə.
Jurnalist ona Kiyevə təyyarə bileti almağa hazır olduğunu, lakin təəssüf ki, atası üzündən Ukraynaya təyyarələrin uçmadığını bildirib.
- Təəssüf ki, sizə heç bir şəkildə kömək edə bilmərəm. Çox üzr istəyirəm. Düşünürəm ki, sizinlə kifayət qədər danışdım. Bunun baş verdiyinə görə həqiqətən təəssüflənirəm. Təəssüf ki, bu vəziyyətə görə məsuliyyət daşımıram. Mənə yaxınlaşmaqda və özünüzdə mənimlə danışmağa cəsarət tapdığınız üçün çox şadam, amma təəssüf ki, sizə kömək edə bilmərəm.
Jurnalist bir qədər sonra qalereyadan çıxan şəxslərdən birinin Lizanı peşəkar mühafizəçilər kimi müşayiət etdiyini görüb.
Qeyd olunur ki, söhbət zamanı mikrofon xarab olub, amma kamera işləyib və Putinin qızı olduğu iddia edilən şəxslə bütün söhbət lentə alınıb.
Adəm
<
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
-
Region3 Mart 23:24İranın məxfi nüvə mərkəzi vuruldu
-
Region3 Mart 22:40Xameneinin dəfn yeri məlum oldu
-
Sağlamlıq3 Mart 21:48Sağlam yuxunun müddəti müəyyən edildi
-
Region3 Mart 20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi



















.jpg)









.jpg)






