Avropa
Almaniya miqrasiya siyasətini daha da SƏRTLƏŞDİRDİ - YENİ QAYDALAR
Bundestaqın 5 dekabrda baş tutan iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, dəyişiklərə əsasən hökumətin miqrasiya siyasəti daha da sərtləşdirililib.
Hökumət bundan sonra Bundesratın təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi təsnif edə biləcək və bununla da həmin ölkələrdən gələn şəxslərin deportasiyası daha da asanlaşacaq.
Bu addımla əsassız sığınacaq müraciətlərinin qarşısını almaq və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurların sürətləndirilməsi hədəflənir.
Yeni qaydalara görə, təhlükəsiz mənşə ölkələrindən gələnlərin ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.
Eyni paket çərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququnun ləğvi də planlaşdırılır. Bundan əlavə, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verən şəxslər üçün on illik qadağa tətbiq ediləcək.
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































