Avropa
Bu ölkə Rusiyaya görə bütün zəruri qüvvə və resursları səfərbər etdi
Polşa Rusiya aviasiyasının aktivliyi səbəbindən lazımi qüvvə və vasitələri səfərbər edib.
Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri Komandanlığı X sosial media platformasında məlumat yayıb.
"Rusiyanın uzaqmənzilli təyyarələrinin Ukrayna ərazisinə zərbələr endirməsi səbəbindən hərbi təyyarələrimiz Polşa hava məkanında fəaliyyətə başlayıblar. Mövcud prosedurlara uyğun olaraq Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sərəncamında olan bütün lazımi qüvvə və vasitələri səfərbər edib", - deyə bəyanatda bildirilir.
Qeyd olunub ki, Polşa qırıcı təyyarələri məhz Rusiyanın havadan göstərdiyi aktiv fəaliyyət səbəbindən aerodromlardan qalxıb: "Bu tədbirlər profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini və etibarlılığını təmin etməyə yönəlib".
Xatırladaq ki, bu gün Rusiyanın doqquz Tu-95MS strateji bombardmançı təyyarəsini və üç Tu-160 xüsusi raket daşıyıcısını havaya qaldırması barədə məlumat yayılmışdı.
Tural
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































