Avropa
Zelenski Uitkoff və Kuşnerə təcili zəng etdi - “Bu, çox risklidir”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparı.
Publika.az xəbər verir ki, bu barədəd Ukrayna lideri sosial media hesablarında paylaşım edib.
Danışıqlarda həmçinin ABŞ-da səfərdə olan Ukrayna nümayəndə heyətinin üzvləri, Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.
Ukrayna rəhbəri ABŞ-ın yeni administrasiyasına “intensiv yanaşmaya görə” açıq şəkildə təşəkkür edib, lakin etiraf edib ki, əsas razılaşma detallarının ona yalnız şəxsən təqdim olunacağı gözlənilir, çünki bu məlumatları telefonla ötürmək “çox risklidir”.
Tərəflər münaqişəni sadəcə dayandırmaq deyil, gələcəkdə yeni toqquşmaların qarşısını alacaq mexanizmləri müzakirə ediblər.
“Bir çox məqamlara diqqət ayırdıq və əsas məsələləri kifayət qədər sürətli müzakirə etdik”, - Zelenski "Telegram"da yazıb və əlavə edib ki, Umerov və Qnatovdan detallı hesabat gözləyir.
“Hamını telefonda müzakirə etmək mümkün deyil, ona görə komandalar ideyalar və təkliflər üzərində daha detallı işləməlidir”, — Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna amerikalılarla “dürüst şəkildə” əməkdaşlıq etmək niyyətindədir.
Hüseyn İbadlı
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































