Avropa
Almaniya Kansleri İordaniyaya və İsrailə getdi
Almaniya Kansleri Fridrix Merts İordaniyaya və İsrailə səfərə yola düşüb.
Publika.az xəbər verir ki, Kansler bu gün İordaniya Kralı II Abdullah ilə görüşdən sonra İsrailə səfər edəcək.
Fridrix Merts bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Kansler Ofisinin məlumatında danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin daha da möhkəmləndirilməsi və digər beynəlxalq məsələlərin müzakirə olunacağın bildirilib. Kansler, həmçinin Yad Vaşem xatirə kompleksini ziyarət edəcək.
Qeyd edək ki, səfərə yola düşməzdən əvvəl Almaniya Kanslerinin Fələstin Prezidenti Mahmud Abbas ilə telefon danışığı olub. Söhbət zamanı Kansler ABŞ Prezidentinin sülh planına dəstəyini vurğulayıb və Fələstin muxtariyyətinin bu məsələdə göstərdiyi əməkdaşlıq mövqeyini müsbət qiymətləndirib. Fridrix Merts müharibədən sonrakı dövrdə qurumun konstruktiv rol oynaya bilməsi üçün zəruri islahatların aparılmasını tövsiyə edib.
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































