Avropa
Avropanı "enerji cəhənnəmi" gözləyir - Vuçiçdən şok proqnoz
Yaxın Şərqdə eskalasiya davam edərsə, Avropanı energetika sahəsində "cəhənnəm" gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bəyanat vayıb.
Serbiyanın Elektrik Şəbəkələrinin yenidən qurulmuş dispetçer mərkəzinə baxış keçirərkən Vuçiçin sözlərinə görə, enerji daşıyıcılarının qıtlığı şəraitində neft və qaz qiymətlərinin artmasının qarşısını almaq üçün qarşıdakı ayda subsidiyalarla bağlı tədbirlər görmək zəruridir.
Qiymət artımı martın 2-də Qətərin "QatarEnergy" şirkətinin öz müəssisələrinə pilotsuz uçuş aparatları ilə edilən hücumlar səbəbindən mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalını dayandırdığını elan etməsindən sonra başlayıb.
Bundan əvvəl Norveçin energetika naziri Terye Osland, ABŞ-ın İrana hücumundan sonra Avropa İttifaqında Rusiya neft və qazının tədarükü ilə bağlı müzakirələrin bərpa oluna biləcəyini istisna etməmişdi.
"Reuters" agentliyinin məlumatına görə, İrandakı hərbi əməliyyatların Fars körfəzindən qaz ixracına təsir etməsi nəticəsində martın ilk günlərində Avropada qazın qiyməti 75% artaraq son illərin maksimumuna çatıb. Daha öncə Putinin xüsusi nümayəndəsi bəyan etmişdi ki, Yaxın Şərqdəki müharibə fonunda Avropa İttifaqına Rusiya lazım olacaq.
Hüseyn İbadlı
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama



















.jpg)


















