Avropa
Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO
Fransa Prezidenti Emmanuel Makron freqatın göyərtəsindən “M51.3” nüvə raketinin buraxılışını izləyib.
Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Yelisey sarayına istinadla məlumat yayıb.
“Emmanuel Makron Finister sahilləri yaxınlığındakı strateji raketdaşıyan atom sualtı qayığından buraxılmış qitələrarası ballistik raketin ilk sınaq buraxılışında iştirak edib”, - məlumatda deyilir.
Nüvə başlığı daşımaq qabiliyyətinə malik “M51.3” ballistik raketinin sınaqları oktyabrın 6-da keçirilib. Fransa Müdafiə Nazirliyindən bildiriblər ki, döyüş başlığı olmayan raket Bretan sahilləri yaxınlığındakı “Le Vigilant” sualtı qayığından buraxılıb və sahil xəttindən yüzlərlə kilometr aralıda Şimali Atlantikaya düşüb.
Avropa dövlətinin lideri daha sonra qeyd edib ki, çox az ölkə bu cür ustalığa malikdir. Makronun sözlərinə görə, azad olmaq üçün “qorxu yaratmaq lazımdır, qorxu yaratmaq üçün isə güclü olmaq lazımdır”.
Fransa təxminən 290–300 nüvə döyüş başlığına malikdir və nüvə arsenalının həcminə görə dünyada üçüncü yeri tutur. Əsası “Le Triomphant” tipli dörd strateji raketdaşıyan atom sualtı qayığında yerləşdirilmiş təqribən 240 döyüş başlığı təşkil edir.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı





















.jpg)



.jpg)












