Avropa
70 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
İspaniyada 70 il yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılan 87 yaşlı Mari Karmen Abaskal xəstəxanada vəfat edib.
Publika.az xəbər verir ki, Abaskal sentyabrın 23-də Madriddəki mənzilindən çıxarılıb, daha sonra xəstəxanaya yerləşdirilib. Bildirilir ki, onun səhhəti son aylarda pisləşib, lakin evdən çıxarıldıqdan sonra vəziyyəti daha da ağırlaşıb və iki həftə xəstəxanada müalicə olunub.
Abaskalın vəkili səhhətindəki ciddi pisləşməni evdən çıxarılma prosesi ilə əlaqələndirib. Lakin qadının dəqiq ölüm səbəbi açıqlanmayıb.
Onun vəkili bildirib ki, qadının evinə qayıtması üçün 8 illik yeni icarə müqaviləsi imzalanıb. Lakin Abaskal müqavilə qüvvəyə minmədən xəstəxanada vəfat edib.
Qeyd edək ki, Abaskalın evdən çıxarılması İspaniyada mənzil hüquqları ilə bağlı etirazlara səbəb olub və o, mənzil böhranına qarşı mübarizənin simvollarından birinə çevrilib. Abaskal ölümündən əvvəl xəstəxanadan etirazçılara müraciət edərək mənzil hüquqları uğrunda mübarizədən əl çəkməməyə çağırıb.
Ləman
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı











.jpg)



.png)




.png)
















