Vitali Kliçkonun başı dərddə - "Odessa ssenarisi" işə salındı
Bizi izləyin

Avropa

Vitali Kliçkonun başı dərddə - "Odessa ssenarisi" işə salındı

Vitali Kliçkonun başı dərddə - "Odessa ssenarisi" işə salındı

Kiyev meri Vitali Kliçko işdən çıxarılmağa hazırlaşmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Prezident Ofisinə (PO) yaxın olan “PO əməkdaşı” "Telegram" kanalının müəllifi yazır.

Paylaşımda deyilir: "Kliçko "Odessa ssenarisi"nə hazır olmalıdır. Merin əvəzlənməsi üçün namizədlər artıq var".

"Odessa ssenarisi" dedikdə, şəhərin keçmiş rəhbəri Gennadi Truxanovun işdən azad edilməsi və sonradan Ukrayna vətəndaşlığından məhrum olunması nəzərdə tutulur.

Bununla yanaşı, məlumatdan belə çıxır ki, Kliçkonun yerini Zaporojye merinin səlahiyyətlərini icra edən Regina Xarçenko tuta bilər.

Buna qədər Kliçko bəyan etmişdi ki, onu vəzifədən kənarlaşdırmaq və hərbi administrasiyanın rəhbəri ilə əvəzləmək üçün qışa hazırlığı uğursuzluğa düçar etməkdə ittiham edirlər. Ukrayna paytaxtının meri qış mövsümün pozulması ilə bağlı ünvanına səslənən ittihamları əsassız adlandırıb, çünki mövsüm hələ başlamayıb. O, işıqla bağlı problemləri zərbələrə bağlayaraq qeyd edib ki, “administrasiya rəhbəri HHM-ə cavabdeh deyil”.

Məmur həmçinin vurğulayıb ki, icma tərəfindən seçildiyi üçün növbəti seçkilərə qədər Kiyev meri vəzifəsini tərk etmək fikrində deyil.

Buna qədər Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev hakimiyyətini, o cümlədən Kliçkonu qışa hazırlığın boşa çıxarılmasında birbaşa ittiham etmişdi. Ukrayna lideri bəyan etmişdi ki, Kiyevin qış dövrünə hazırlanması üzrə “zəruri addımlar” demək olar ki, tamamilə yerinə yetirilməyib. Zelenski işlərin ləngidilməsinin qətiyyən yolverilməz olduğunu vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm