ABŞ Avropada Ukrayna üçün “Patriot” raketləri istehsal edə bilər
Bizi izləyin

Avropa

ABŞ Avropada Ukrayna üçün “Patriot” raketləri istehsal edə bilər

ABŞ Avropada Ukrayna üçün “Patriot” raketləri istehsal edə bilər

ABŞ-nin “Lockheed Martin” şirkəti Ukraynaya tədarük üçün Avropada “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketlərin istehsalını təşkil etmək imkanlarını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Ceyson Reynolds “Defense News” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkət PAC-3 tutucu raketlərinin Avropa ölkələrində istehsalı və sonradan Ukraynaya çatdırılması imkanlarını müzakirə etməyə hazırdır. Reynolds daha ucuz PAC-3 ACE raketlərinin istehsalına da marağın olduğunu qeyd edib.

Nəşrin məlumatına görə, Almaniya öz ərazisində belə raketlərin istehsalını təşkil etməyi təklif edib. “Lockheed Martin”in Almaniyanın “Diehl Defence” şirkəti ilə əməkdaşlığı da nəzərdən keçirilir. “Diehl Defence” nümayəndəsi bu məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm