Müdafiə naziri etiraf etdi: Almaniyada Ukraynaya görə ictimai narazılıq artır
Bizi izləyin

Avropa

Müdafiə naziri etiraf etdi: Almaniyada Ukraynaya görə ictimai narazılıq artır

Müdafiə naziri etiraf etdi: Almaniyada Ukraynaya görə ictimai narazılıq artır

Almaniyada Ukraynaya yardım narahatlıq doğurur və baha başa gəlir.

Publika.az "Politico"ya istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, Almaniyada Ukraynaya yardımla bağlı ictimai narazılıq həqiqətən də var.

"Bu, insanlara təzyiq göstərir, baha başa gəlir və narahatedicidir. Amma bu, artıq yalnız Ukrayna ilə bağlı deyil, söhbət Avropanın sabitliyindən gedir", - deyə o bildirib.

Noyabrın 24-də “Reuters” agentliyi “Koerber Stiftung”un sorğusuna istinadən bildirib ki, almanların təxminən 53%-i Ukraynaya yardıma qarşıdır, 46%-i isə onu dəstəkləyir.

“YouGov”un noyabr ayında keçirdiyi sorğu da göstərib ki, almanların 49%-i Ukraynaya yardımın azaldılmasını və ya tamamilə dayandırılmasını dəstəkləyir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm