Poçettino: "Yaxşı insan olmağa çalışıram!"
Bizi izləyin

İdman

Poçettino: "Yaxşı insan olmağa çalışıram!"

Poçettino: "Yaxşı insan olmağa çalışıram!"

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino komandanın sükanı arxasına keçdikdən sonra dəyişdiyi və əvvəlki mübariz ruhunu itirdiyi barədə tənqidlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, argentinalı mütəxəssis bu fikirlərlə razılaşmadığını deyib və futbolçularına qarşı tələbkar olacağını vurğulayıb.

Müzakirələrə sabiq ingiltərəli futbolçu Ceymi Rednappın açıqlaması səbəb olub. O, Poçettinonun “Sauthempton” və “Tottenhem”dəki məşqçilik dövründə daha sərt və mübariz xarakterə malik olduğunu, hazırda isə həddindən artıq mülayim göründüyünü söyləyib.

54 yaşlı çalışdırıcı isə bu yanaşmanı yanlış hesab edib. O bildirib ki, mehriban görünmək yaxşı olmaqla eyni məna daşımır:

“Mən sevimli biri deyiləm. Yaxşı insan olmağa çalışıram. Nə vaxt sərt davranmaq, nə vaxt tələbkarlığı artırmaq və münasibətləri yaxşılaşdırmaq üçün addım atmaq lazım olduğunu bilirik. Bunlar fərqli anlayışlardır”, – deyə Poçettino bildirib.

Baş məşqçi komandanın hazırkı vəziyyətindən çıxması üçün məşqlərin intensivliyini artırdıqlarını da qeyd edib. Onun sözlərinə görə, klubun ətrafındakı təzyiq futbolçuların özünəinamına mənfi təsir göstərir. Bu səbəbdən kollektivdə inamı və müsbət atmosferi bərpa etmək vacibdir.

Poçettino məşq mərkəzində gündə 12-14 saat vaxt keçirdiklərini, bütün diqqətini komandanın nəticələrini yaxşılaşdırmağa yönəltdiyini söyləyib. O, sabiq baş məşqçi Aleks Ferqyusonla da hələ görüşmək imkanı tapmadığını, lakin ona böyük hörmət bəslədiyini vurğulayıb.

Qeyd edək ki, Poçettino “Mançester Yunayted”in baş məşqçisi kimi ilk ciddi sınağını “Brentford”la qarşılaşmada verəcək. Görüş argentinalı mütəxəssisin “Old Trafford”da komandanın başında ilk oyunu olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm