Bakı 2015
Afaq Bəşirqızı: “Hər bir Azərbaycan vətəndaşı bu tarixi hadisədən fəxarət hissi keçirməlidir”
Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı ölkəmizdə keçirilən “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını Publika.az-la bölüşüb:
“Əlbəttə, Azərbaycanda keçirilən belə bir möhtəşəm tədbiri tarixi hadisə kimi qiymətləndirirəm. Çünki ilklər hər zaman tarixə yazılıb. Avropa Oyunlarının keçirilməsi Azərbaycanın sabahı, dünya səviyyəsində özünü təsdiqi, sivilizasiyaların qovuşduğu ölkə kimi tanınması deməkdir. Bu nüfuzlu tədbir bütün dünyanın diqqətini Azərbaycanın üzərinə çəkəcək. Bu bir fürsətdir. Onu qiymətləndirmək lazımdır. Hər bir Azərbaycan vətəndaşı bu tarixi hadisədən fəxarət hissi keiçrməlidir. Bir vətəndaş olaraq bu mötəbər tədbiri həyəcanla izləyirəm. Ən böyük arzumdur ki, bu tədbiri uğurla başa vuraq, qonaqlarımıza həmişəki qonaqpərvərliyimizi nümayiş etdirək. Qoy uzun müddət Azərbaycanla bağlı xoş təəssüratlardan ayrılmasınlar”.
Xalq artisti onu da bildirib ki, bu tədbir Azərbaycanın dünyada qazandığı uğurları birə-beş artıracaq və güclü dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirəcək.
Cəvahir Səlimqızı
-
Dünya19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto



































.jpg)




