Bakı 2015
I Avropa Oyunlarında ölkəmizi kimlər təmsil edir?
I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.
Publika.az həmin idmançıları təqdim edir.
Tofiq Məmmədov -“Təhsil” Respublika İdman
Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. Yadro
itələmə üzrə beşqat Azərbaycan çempionu olan T.Məmmədov Avropa
çempionatında “ilk onluğ”a düşüb.
İsmayıl Əliyev - Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan
İ.Əliyev Azərbaycan çempionatında II yerin, Azərbaycan Kubokunda
III yerin sahibi olub.
Alyona Setina - idmanın atletika növü ilə
məşğul olur. Azərbaycan və Bakı çempionatlarının iştirakçısı olan
A.Setina Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir.
Yekaterina Sarıyeva - Bakı şəhərı 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbinin yetirməsidir. Üç təkanla uzunluğa tullanma ilə məşğul
olan Y.Sarıyeva İslam Oyunlarının qızıl, Avropa turnirinin gümüş
mükafatçısıdır. Y.Sarıyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının tələbəsidir.
Aynur Hüseynova - Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Bakı Pedaqoji Kollecində təhsil alan A.Hüseynova akrobatika gimnastikası ilə məşğul olur. O, Respublika çempionatının qalibi, Minsk şəhərində keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub. Avropa çempionatında isə V yeri tutub.
-
Magazin222:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı





































.jpg)
