Banklar
Mərkəzi Bank güzəşt müddətini UZATDI
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmış Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. AÖS-ün istismara verilməsi ilə fiziki və hüquqi şəxslər üçün maliyyə xidmətlərinə 24/7/365 rejimində çıxış imkanı yaradılmaqla, istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən real rejimdə köçürmələrin aparılması, Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin icrası, habelə QR kod vasitəsilə ödənişlərin həyata keçirilməsi təmin edilib. Sistemin funksionallıqlarının genişləndirilməsi tədbirləri çərçivəsində AÖS-ün “AniPay” mobil tətbiqi və internet səhifəsi (www.anipay.az) istismara verilib və multibankçılıq funksionallığı əsasında müştərilərə bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı təqdim olunub. Eyni zamanda, iştirakçı bankların elektron bankçılıq xidmətlərinin AÖS-ə inteqrasiyası üzrə işlər aktiv şəkildə davam etdirilir.
Azərbaycan Mərkəzi Bankından Publika.az-a bildirilib ki, AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti strateji dövr ərzində dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilib və güzəşt müddəti gələn il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək uzadılıb.
Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var













.jpg)





















