Rəsmi xronika
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və sahə üzrə kadr potensialının gücləndirilməsi məqsədilə yaradılan mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olacaq.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib dövlət başçısına məlumat verməli, həmçinin qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə eyni müddətdə Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiqləyərək Prezidentə məlumat verməlidir. Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini Maliyyə Nazirliyi dövlət büdcəsinin vəsaiti hesabına təmin edəcək.
-
Nida Xəbər 13:46Sabah bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO











.jpg)



.jpg)


















