İsrail “Qalatasaray”dan UEFA-ya şikayət etdi
Bizi izləyin

İdman

İsrail “Qalatasaray”dan UEFA-ya şikayət etdi

İsrail “Qalatasaray”dan UEFA-ya şikayət etdi

İsrail "Qalatasaray" azarkeşlərinin Fələstini dəstəkləməsi ilə bağlı UEFA-ya şikayət ərizəsi təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Qalatasaray” açıqlama yayıb. Bildirilir ki, İsrail hökuməti Fələstini dəstəkləyən pankartlar asan türk klubunun azarkeşləri ilə bağlı UEFA-ya şikayət edib .

Çempionlar Liqasında "Aston Villa" ilə oyundan (1:0) əvvəl tribunalarda "Qəzzanı unutma, soyqırımına susma", "Qəzza, sən bəşəriyyətin ləyaqəti, şərəfi və qürurusun" və "Fələstini azad et" şüarları yazılmış bannerlər peyda olub.

“Biz öyrəndik ki, Netanyahu hökuməti Fələstin xalqını dəstəkləyən bannerlərlə bağlı klubumuza qarşı UEFA-ya şikayət ərizəsi verib.

Biz məzlumları dəstəkləməyə davam edəcəyik və fələstinlilərin əzablarına səssiz qalmayacağıq. Bu, siyasi mövqe deyil, insanlığın və vicdanın ifadəsidir", - komandanın prezidenti Dursun Özbek bildirib.

O, UEFA-nın şikayətə baxmayacağına ümid etdiyini bildirib.

UEFA nümayəndələri şərh verməkdən imtina edərək, Fələstin simvollarına icazə verildiyini və təxribat hesab edilmədiyini bildiriblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm