Banklar
Bank əlilə KREDİT verməkdən İMTİNA EDİR: “Bu, qanunsuzdur” - ŞƏRH
Bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində I qrup əlil Murad Məmmədov adlı şəxsin videosu yayıldı. Videodan görünür ki, o, kredit almaq üçün ölkənin aparıcı özəl banklarına müraciət edir, ancaq banklar əlilliyini bəhanə gətirərək ona kredit verməkdən imtina edir, bunu bankların daxili qərarı ilə əlaqələndirirlər. Murad Məmmədov Prezident İlham Əliyev tərəfindən imzalanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 4.1, 4.2 və 5-ci maddələrini, eləcə də BMT-nin Konvensiyasındakı bununla bağlı bəndləri onların diqqətinə çatdırsa da, əməkdaşlar bunlardan xəbərsiz olduqlarını bildirirlər.
Bununla bağlı Publika.az-a açıqlama verən bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bankın əlilliyə görə kredit müraciətinə baxmaması qanunsuzdur:
“Bu, həm “İstehlakçıların hüquqları haqqında” Qanuna, həm də əlil vətəndaşın videoda istinad etdiyi qanunlara və beynəlxalq konvensiyalara ziddir. Həmin qanunlarda göstərilən əlillik meyarlarına görə ayrıseçkilik yolverilməzdir. Əlillərin bir çoxunun maddi durumu qənaətbəxş deyil. Kreditini özü ödəyə bilməsə də, əmlakını girov qoya, yaxud kimisə zamin göstərə bilər. Amma bir çoxunun daşınar və daşınmaz əmlakı, hətta biznesi var. Onların arasında idmançılarımız, parolimpiyaçılarımız var ki, onların maddi imkanları yaxşıdır”.

Hüquqşünas hesab edir ki, bu məsələ ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olmalıdır:
“Yuxarıda göstərilən hallar birbaşa istehlakçı hüquqlarını pozduğu üçün Dövlət Xidməti həmin bankları cərimə etməlidir. Mərkəzi Bank da bu məsələni nəzarətə götürməli, belə özbaşınalıqlara qarşı tədbir görməlidir. Vətəndaş bu halda məhkəməyə müraciət edə, ona vurulan mənəvi zərərə görə təzminat tələb edə bilər. Bu zərərin ödənilməsi barədə məhkəmə qiymətləndirmə aparacaq və müvafiq qərar verəcək. Kredit məsələsində ayrıseçkiliyə yol verilə bilməz. Sağlamlıq durumu, xəstəliyi, əlilliyi nəzərə alınmadan 18 yaşına çatmış hər kəs kreditlə bağlı banka müraciət edə bilər. Bank üçün yalnız iki meyar var: birincisi, müraciət edənin qanuni fəaliyyəti olmalıdır. Yəni, vətəndaş krediti korrrupsiya, cinayət məqsədilə, yaxud çirkli pulların yuyulması üçün deyil, ehtiyacı yarandığı üçün alır. İkincisi isə vətəndaşın ödəniş qabiliyyətinin, götürdüyü krediti qaytarmaq iqtidarında olub-olmaması nəzərə alınır”.
Rövşən Ziya
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.png)












.jpg)





.jpg)













