Banklar
Bank Məcəlləsi qəbul oluna bilər: Hansı GÜZƏŞTLƏR? - TƏHLİL
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında, Bank Məcəlləsinin qəbul olunması ilə bağlı təklif irəli sürüldü. Təklifi səsləndirən komitə sədrinin müavini Əli Məsimli bildirdi ki, real sektorun mütləq əksəriyyəti banklarla bağlıdır. Deputat belə hesab edir ki, banklarda faiz dərəcələrinin aşağı salınması, real sektorun inkişafına şərait yaratması üçün Bank Məcəlləsinin qəbul edilməsi vacibdir.
Bu məsələni şərh edən bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Publika.az-a açıqlamasında Bank Məcəlləsinin hazırlanmasının hələ 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Mərkəzi Banka tapşırıldığını diqqətə çatdırdı.
Onun sözlərinə görə, ancaq 2014-cü ilə qədər bununla bağlı heç bi iş görülmədi və dövlət başçısı təkrar sərəncam verdi:
“Bu sərəncamdan 8 il keçib, amma yenə də heç bir iş görülmədi və bu günə qədər bu sahədə ciddi boşluq var. Bank Məcəlləsi ilk növbədə maliyyə və bank sektoru, sonra isə real sektor üçün vacibdir. Bu gün Azərbaycanda bank qanunvericiliyi çox parkəndədir. Mərkəzi Bank haqqında, Bank haqqında, Bank olmayan kreddit təşkilatları haqqında, Əmanətlərin sığortalanması haqqında və s. qanunlar var. Hələ mən Mərkəzi Bankın qəbul etdiyi onlarla təlimat və qaydaları nəzərdə tutmuram. Bunların hamısında ziddiyyətli və anlaşımaz məqamlar var. Kimə və necə sərf edibsə, onu sənədlərə daxil ediblər. Bundan da sui-istifadə halları çoxalıb. Bir sözlə, bankların və BOKT-ların çoxu bundan yararlanaraq istədikləri qərarı qəbul edir, sahibkarların və sadə vətəndaşların hüquqlarını kobud surətdə pozurlar. Banklar arasında haqsız rəqabət və inhisarçılıq halları kəskin artıb. Əgər vahid sənəd olarsa, ilk növbədə bank sektorunda sağlam rəqabət mühiti yaranacaq, sui-istifadə hallarının qarşısı alınacaq”.
Ekspert qeyd etdi ki, Bank Məcəlləsinin qəbulu real sektora da təsir edəcək:
“Bank sistemində baş verəcək müsbət dəyişikliklər sayəsində real sektor daha sağlam rəqabətli olacaq. O zaman vətəndaşlar daha ucuz şərtlərlə kreditlər ala biləcək və bank xidmətlərinin keyfiyyəti də artacaq”.
Rövşən Ziya
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...







.jpg)


























.jpg)

